Bakıda süpürgəçi ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayeva orada ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.