Sumqayıtda silah-sursat aşkarlandı
04 iyun 2017 21:15 (UTC +04:00)

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində xeyli silah-sursat aşkarlanıb.

 

Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

 

Məlumata görə, H.Z.Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsi 25 ünvanında yerləşən məişət tullantıları ərazisinə baxış keçirilib, 12 ədəd partlamamış hərbi sursat (7 ədəd 122 mm-lik top mərmisi (OF-460), 1 ədəd 115 mm-lik tank mərmisi (BK-115), 1 ədəd 100 mm-lik top mərmisi             (OF-412), 1 ədəd 85 mm-lik top mərmisi (OF-365), 1 ədəd 76 mm-lik top mərmisi (OF-353) və 1 ədəd 57 mm-lik top mərmisi (OR-281U)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb,  nəticə etibarilə 1 300 kv.m ərazi yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar