Sumqayıtda iki minik avtomobili toqquşub, xəsarət alanlar var
30 may 2019 02:08 (UTC +04:00)

Sumqayıtda iki minik avtomobili toqquşub, xəsarət alanlar var

0

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Bakı küçəsində, Sumqayıt Dövlət Universitetinin yaxınlığında qeydə alınıb. 

Belə ki, iki minik avtomobili toqquşub və nəticədə 1948-ci il təvəllüdlü Gülzar Cavadova və 1976-cı il təvəllüdlü Nizami Əliyev müxtəlif dərəcəli xəsarət alıblar. 

Yaralılar dərhal xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 498

Oxşar yazılar