Sumqayıt şəhərində ümumi sahəsi 1500 m2 olan, bir dam altında tikilmiş bir mərtəbəli taxta konstruksiyalardan ibarət evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, evin yanar konstruksiyaları və ev əşyaları 800 m2 sahədə yanıb.
Evin qalan hissəsi və bitişik tikilmiş evlər yanğından mühafizə olunub. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.