Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 22-də Sumqayıt şəhəri ərazisindən şəhər sakini Məmmədyar Kərimov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Dmitriy Məmmədov tutulub.
Araşdırma aparılır.