Sumqayıtda "Daewoo", paytaxtda köməkçi tikili yandı
01 may 2016 03:10 (UTC +04:00)

Sumqayıtda "Daewoo", paytaxtda köməkçi tikili yandı

Gecə saatlarında Sumqayıt və Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  Sumqayıt şəhərində vətəndaşa məxsus "Daewoo" markalı minik avtomobilinin salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb. Bitişik ev yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135
avatar

Oxşar yazılar