Sumqayıt yolunda qəza: <span style="color:red;">ölən var
10 iyul 2018 11:49 (UTC +04:00)

Sumqayıt yolunda qəza: ölən var

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi  qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 9-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Sərdar Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Xuraman Hüseynovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

 

Bundan başqa, 9 baş inəyi oğurlamaqda şübhəli bilinən Daşkəsən rayonunun Təzəkənd kənd sakini Şahzadə Şahbəndəyev saxlanılıb.

Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Rafiq Bağırova məxsus 9 baş inəyi oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini Şahzadə Şahbəndəyev yaxanı ələ verib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

Oxşar yazılar