FHN əməkdaşları dənizdə batan iki nəfəri xilas edib.
Lent.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşib. Barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarılıb. Əməliyyat saat 14:29-da başa çatıb.