Stalinqradın adı qayıda bilər
07 iyun 2014 05:07 (UTC +04:00)

Stalinqradın adı qayıda bilər

Rusiya prezidenti Vladimir Putin Volqoqrada Stalinqrad adının qaytarılmasını istisna etməyib.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, ona bu məsələ ilə bağlı ikinci dünya savaşının rusiyalı veteranı müraciət edib.

 

“Qanunumuza uyğun olaraq, bu iş Federasiya və bələdiyyə subyektinin işidir. Bu məsələ ilə bağlı sakinlər referendum keçirməlidir. Ondan sonra biz sakinlərin istəyinə əmələ edəcəyik”-deyə, V.Putin bildirib.

 

Rusiya prezidenti  Parisdə “Stalinqrad meydanı”nın olduğunu xatırladaraq, əlavə edib: “Stalinqradın adını mən dəyişməmişəm. Fikirləşək, görək, bunu necə edirik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar