Spirtli içkilər gömrük nəzarətindən keçirilir
05 iyul 2018 14:38 (UTC +04:00)

Spirtli içkilər gömrük nəzarətindən keçirilir

İdxal olunan bütün növ spirtli içkilər gömrük nəzarətindən keçirilir. Lent.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra ölkəyə idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.

Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə rəsmi sorğusuna cavab olaraq Mərkəzdən bildirilib ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində 2018-ci ilin ötən dövrü ərzində idxal olunan spirtli içkilərlə əlaqədar kimyəvi zəhərlənmə və ölüm hadisələri qeydə alınmayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Oxşar yazılar