Son 5 ayda ƏƏSMN-də 6408 vətəndaş qəbul edilib
12 iyun 2014 15:47 (UTC +04:00)

Son 5 ayda ƏƏSMN-də 6408 vətəndaş qəbul edilib

0

Son beş ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 6 min 408 nəfər vətəndaş fərdi qaydada qəbul edilib. Nazirlikdən Lent.az-a verilən xəbərə görə, vətəndaşlardan 101 nəfəri nazir, 131 nəfəri nazir müavinləri, digərləri isə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.
 

Son beş ayda əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən Sumqayıt, Şirvan, Lənkəran şəhərlərində, Ağdam və Salyan rayonlarında isə 317 nəfər vətəndaş fərdi qaydada qəbul edilib.
 

Müraciətlər araşdırılıb, müvafiq qaydada tədbirlər görülüb.

 

Qəbullar zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı da həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar