Şirvanda qulduruluq edən şəxs saxlanılıb. Lent.az-ın məlumatına görə, dekabrın 9-da şəhər sakini Qulamhüseyn Emanxa məxsus ərzaq mağazasına gələn naməlum şəxs orada satıcı işləyən İbrahim Babayevi bıçaqla hədələyərək 60 manat və danışıq kartları götürüb hadisə yerini tərk edib.
Şirvan rayon polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vladimir Zubkov tutulub.
Faktla bağlı araşdırılma aparılır.