Qətl törətmiş 18 yaşlı oğlan tutuldu - <span style="color:red;">YENİLƏNİB
27 iyul 2014 13:36 (UTC +04:00)

Qətl törətmiş 18 yaşlı oğlan tutuldu - YENİLƏNİB

Şirvanda qətli törədən şəxs polis tərəfindən həbs edilib.

 

Şirvan prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, iyulun 26-da Şirvan sakini, 1991-ci il təvəllüdlü Mehrabov Qismət Bəxtiyar oğlunu bıçaqlayaraq hadisə yerindən qaçan Şirvan sakini, əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Xəlilov Mirqalib Mirsahib oğlu gecə saatlarında polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, iyulun 26-da günorta saatlarında şəxsi münaqişə zəminində mədə hissəsindən bıçaq yarası alan Qismət Mehrabov Şirvan şəhər xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Lakin axşam saatlarında xəstənin vəziyyəti qəfildən pisləşib və reanimasiya şöbəsində dünyasını dəyişib.

 

Hadisənin təfərrüatları dəqiqləşdirilir.  

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 
 
`````````
 
26 iyul 23:44
 
Şirvanda bir nəfər bıçaqlanaraq öldürülüb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, iyulun 26-da Şirvan sakini, 1991-ci il təvəllüdlü Mehrabov Qismət Bəxtiyar oğlu bıçaqlanıb.

 

Mədə hissəsindən yaralanan Q. Mehrabov xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Lakin axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisənin təfərrüatları dəqiqləşdirilir. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2429
avatar

Oxşar yazılar