Şirvanda da bina üzlükləri sökülür
25 may 2015 21:44 (UTC +04:00)

Şirvanda da bina üzlükləri sökülür

0

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsindən sonra Şirvanda bəzi binaların fasadlarına vurulmuş üzlüklərin sökülməsinə start verilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, şəhərin çoxmərtəbəli binalarının fasadına vurulmuş penopoliuretan üzlüklərin sökülməsi prosesi ölkə prezidentinin müvafiq göstərişinə əsasən Şirvan şəhər İcra Hakimiyyətində yaradılmış komissiyanın qərarına uyğun həyata keçirilir.

 

Komissiyanın qərarı ilə penopoliuretanla üzlənmiş 3 beşmərtəbəli və 6 üçmərtəbəli   binanın sökülməsinə qərar verilib.

 

Şirvan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə,  üzlük materialların sökülməsi prosesi tez bir zamanda başa çatacaq. Binalarda sökülən üzlüklər estetik baxımlı alternativ tikinti materialları ilə əvəzlənəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar