Avqustun 31-də Şirvan şəhərinin Xəqani küçəsində bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Məcid Güləliyev münaqişə zəminində həmyerliləri Nizami Zeynalovun qol və sifət nahiyələrinə, Elxan Süleymanovun isə sağrı nahiyəsinə bıçaqla xəsarət yetirib.
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə M.Güləliyev tutulub.
Araşdırma aparılır.