Silahlarını polisə təhvil verdilər
03 sentyabr 2019 14:26 (UTC +04:00)

Silahlarını polisə təhvil verdilər

0
Nardaran və Saatlı sakini silahlarınıpolisə təhvil veriblər. 
 
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Ş.Cəlilov müvafiq sənədləri olmayan “İJ-12” markalı tüfəngi könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə təhvil verib.
 
Digər məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Saatlı şəhər sakini İ.Əzizov “AKS-74U” markalı silahı, 4 ədəd patron darağını və 688 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Saatlı rayon Polis Şöbəsinə təhvil verib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 591

Oxşar yazılar