Şeyxülislam Vyanaya gedəcək
03 iyul 2018 14:57 (UTC +04:00)

Şeyxülislam Vyanaya gedəcək

Sabah Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə yola düşəcək. 

 

Lent.az qurumun mətbuat xidmətinə istinadən bildirir ki, səfərdə məqsəd iyulun 5-də Vyanada keçiriləcək KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti - 18-ci sessiyasında iştirak etməkdir.

 

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə qatılacağı sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar