Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti sabah İran İslam Respublikasına səfərə gedəcək. Lent.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Allahşükür Paşazadə noyabrın 23-ü və 24-də İranın Qum şəhərində “Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak edəcək.
Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən və tanınmış İslam alimlərinin iştirak edəcəyi tədbirdə QMİ sədri məruzə ilə çıxış edəcək.