GÜNÜN ŞƏRHİ
Dünyada qütbləşmə prosesi daha təhlükəli vəziyyətə çatır... Artıq qarşıdurmalar daha aqressiv xarakter daşımağa başlayır... Rusiyanın iki ən yaxın müttəfiqinin eyni gündə nüvə dili ilə danışması buna sübutdur... Söhbət heç də Şimali Koreyanın və İranın atom silahına əl atacağından getmir... Bunun baş verə biləcəyini iddia etmək özü də bir risk olardı... Amma bunu illərin müttəfiqlərinin başda ABŞ olmaqla, Qərbə göstərdiyi diş kimi qəbul edə bilərik... Bütün bu hadisələrin fonunda Qərbin belə aqressiv addımlara reaksiyası isə hələ ki, dəyişməz qalır... Yəni, daha çox iqtisadi metodlardan istifadə olunur... ABŞ-ın tərəfdaşı olan Səudiyyə Ərəbistanının neftin ucuzlaşdığı bir vaxtda, bölgədə özünə ən ciddi rəqib hesab etdiyi İranı Avropa bazarından silmək məqsədilə "qara qızıl"ın qiymətini nəzərəçarpacaq dərəcədə aşağı salması da elə həmin metoddur... Amma bundan sonra tərəflərin mübarizəsi hansı səviyyədə inkişaf edəcək...? Bunun yəqin ki, yaxın günlərdə şahidi olacağıq... Hələ ki, prosesləri izləyək...
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 Yanvar
236