Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 21 Yanvar
21 yanvar 2016 20:11 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 21 Yanvar

GÜNÜN ŞƏRHİ
 
İrana qarşı sanksiyaların ləğvi bazara təzə oyunçunun daxil olması deyil, çünki bu ölkə zatən bazarda idi. İranın bazara qayıdışı zədədən sonra yenidən yaşıl meydançalara dönən  təcrübəli oyunçunu xatırladır. İranın hasil edəcəyi neftin miqdarını 500 min barel artıracağını bəyan etməsi isinmə hərəkətini xatırladır. Avropa bazarı uğrunda aktiv mübarizə oyunçunun sahəyə daxil olması, dempinq siyasəti isə qapıya vurulmuş ilk təhlükəli zərbə idi. Avropa bazarını ələ keçirmək, yaxud bazarda itirdikləri mövqeləri bərpa etmək, dünyanın aparıcı neft ixracatçıları üçün ölüm-qalım məsələsidir. İstər Səudiyyə Ərəbistanının, istər Rusiyanın, istərsə İranın bazarda möhkəmlənmək üçün tək vasitəsi var - daha ucuz neft təklif etmək. Bu ölkələrdən yalnız Rusiya dempinq siyasətinə məcburən əl atır. Səudiyyə kimi İranın da məqsədi bazarda möhkəmlənməkdir. Amma kimin hesabına? Ənənəvi müttəfiq olan Rusiyanın? İran və Rusiya arasında ziddiyyətlər zatən vardı, hətta Avropa Birliyinin xarici işlər nazirləri bir zamanlar bu ziddiyyətləri dərinləşdirməyə yönəlik çağırışlar da edirdilər. İran Avropaya ucuz neft satmaqla faktiki olaraq Rusiyanın maraqlarını zərbə altında qoyur və ziddiyyətlər dərinləşir. Sanksiyaların ləğvinin hələlik ilkin nəticəsi budur: Rusiya-İran ziddiyyətlərinin su üzünə çıxması. ABŞ deyəsən, doğrudan da ilanı Seyid Əhməd əli ilə tutur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar