GÜNÜN ŞƏRHİ
Tikritin azad olunması İraqda və geniş anlamda Yaxın Şərqdə siyasi panoramı dəyişmiş olur. Məsələ İraq ordusunun hansısa şəhərə nəzarəti əl keçirməsində, yaxud həmin şəhərin strateji əhəmiyyətində deyil. Məsələ İŞİD-in mifik obrazının dağılmasındadır. Kobaninin azad edilməsindən gözlənilən əsas nəticə də bu idi, lakin gözlənilən effekt alınmadı. Səbəb o idi ki, Kobani formasına, məzmununa görə İŞİD-dən o qədər də fərqlənməyən qanunsuz silahlı birləşmələr, kürd peşmərgələri azad etmişdi. Bu, hər zaman məğlubiyyətə çevrilə biləcək qalibiyyət olduğundan sıradan bir nəticə kimi hadisələrin axarında itib batdı. Digər tərəfdən Kürd peşmərgələri Kobanidə qələbəni konkret ölkənin - Türkiyənin dəstəyi ilə qazanmışdı. Tikritdə isə durum fərqlidir. Şəhərin azad edilməsi ortaya iki konkret, obyektiv və hər zaman nəzərə alınacaq faktor çıxardı. Birincisi, İraq ordusunun timsalında İŞİD kimi peşəkarlaşmış qüvvəyə qarşı çıxa biləcək nizami hərbi struktur mövcuddur. İkincisi, bu struktur birbaşa dəstək olmadan belə bölgədə İŞİD faktorunun təsirini azalda bilər. Bu səbəbdən Tikrit qələbəsi həm də İŞİD mifi üzərində qələbə anlamı daşıyır.

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 Aprel
Oxşar yazılar

Goranboyda minik avtomobili gölə düşdü
10 iyul 2025 , 08:18
Gəncədə sakini narkotik vasitənin əsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53
“Oğlumu öldürdülər, nişanına hazırlaşırdıq” – Qətlə yetirilən Ümid Soltanovun atası
9 iyul 2025 , 21:43
Rusiyadan Azərbaycan şirkətlərinə QADAĞA
9 iyul 2025 , 19:33
DSX mayoruna hücumda təqsirləndirilənlərin məhkəməsi: Ramal Aslanov ifadə verdi
9 iyul 2025 , 18:52
Bakıda iş adamının iki villasından yarım milyon manatdan çox oğurlandı
9 iyul 2025 , 17:32