Sərxoş sürücü qəza törədib, 3 nəfər xəsarət alıb
27 iyun 2014 07:28 (UTC +04:00)

Sərxoş sürücü qəza törədib, 3 nəfər xəsarət alıb

0
Ötən gecə Bakıda sərxoş sürücü qəza törədib.

 

APA-nın  məlumatına görə, yol qəzası Sabunçu rayonu ərazisində, Maştağa-Buzovna yolunda qeydə alınıb. 39 yaşlı Hüseyn Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə 33 yaşlı Saltuq Əmiraslanova məxsus "QAZ-3110" markalı maşın toqquşub. Hər iki maşın Maştağa qəsəbəsinə doğru hərəkətdə olub və "QAZ-3110" "VAZ-21011"ə arxadan çırpılıb. Toqquşmadan sonra maşınlar yoldan çıxaraq aşıb. Hər iki sürücü və "QAZ-3110"da olan sərnişin 40 yaşlı Eldar Dadaşov xəsarət alıblar. Xəsarət alanlar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

 

Qəza ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 903

Oxşar yazılar