Sərxoş sürücü maşını hasara çırpıb
10 iyun 2014 07:32 (UTC +04:00)

Sərxoş sürücü maşını hasara çırpıb

0
Gecə saatlarında paytaxtın Xətai rayonu Nobel prospektində yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə,  taksi kimi fəaliyyət göstərən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək hasara çırpılıb.

 

Sürücü ərazidə olan sakinlərin köməyi  ilə aşmış avtomobilin içərisindən çıxarılıb. Nəticədə o, başından xəsarət alıb. Hadisə yerində araşdırma aparan polis əməkdaşlarının verdiyi məlumata görə, sürücü sərxoş olub.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1036

Oxşar yazılar