Sərxoş sürücü dalandar qadını vurub
29 iyun 2014 01:03 (UTC +04:00)

Sərxoş sürücü dalandar qadını vurub

Gəncə şəhər Təmizlik İdarəsinin işçisini maşın vurub.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə iyunun 28-də saat 21 radələrində şəhərin Zülfi Haçıyev küçəsində baş verib. Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Docenko Davud İvanoviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə idarəetməni itirib və maşını yolun kənarında olan barıya çırpıb. Daha sonra avtomobil yolda təmizlik aparan, Gəncə şəhər Təmizlik İdarəsinin işçisi, 1948-ci il təvəllüdlü Humay Musayevanı vurub.

 

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

 

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə Docenko Davud İvanoviç avtomobili idarə edərkən sərxoş olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 965
avatar

Oxşar yazılar