Sərhədçilərin köməkliyi Zaqatala rayonunda yerli sakinin həyatını ilə xilas etmək mümkün olub.
Lent.az Dövlət Sərhəd Xidmətinin saytına istinadən xəbər verir ki, rayonun Mazıx kənd sakini, 1956-cı il təvəllüdlü Abakarova Həpsət Məhəmməd qızı öz həyətyanı sahəsində işləyərkən onu ilan sancıb və qadın təcili olaraq rayon xəstəxanasına gətirilib.
H.Abakarovanın həyatını xilas etmək üçün ona təcili ilan zərdabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinə müraciət olunub.
Müraciətə dərhal reaksiya verilib. Şəxsi heyətin ilan sancması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına göndərilib və vətəndaşın həyatı xilas edilib.