Sərdar Cəlaloğlunun şəhid atası olan qardaşı öldü
27 aprel 2016 18:15 (UTC +04:00)

Sərdar Cəlaloğlunun şəhid atası olan qardaşı öldü

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı, aprelin 4-də Füzulidə gedən hərbi əməliyyatlarda şəhid olan Rasim Məmmədovun atası Əbdül Məmmədov vəfat edib.  

 

Bu barədə Lent.az-a Sərdar Cəlaloğlunun özü məlumat verib. Onun sözlərinə görə, qardaşı 25 ildir ki, daxili orqanların xəstəliyindən əziyyət çəkirdi: "Oğlu Rasim Məmmədov şəhid olandan sonra onun vəziyyəti daha da pisləşdi". 

 

Qeyd edək ki, Ə. Məmmədov da Qarabağ müharibəsinin qazilərindəndir. O, I qrup əlil idi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar