Şəmkirdə poçt binasından oğurluq edən şəxslər saxlanılıb
10 iyul 2014 20:59 (UTC +04:00)

Şəmkirdə poçt binasından oğurluq edən şəxslər saxlanılıb

Bu ilin yanvarında Şəmkirin Qaracəmirli kəndində poçt binasından oğurluq edən iki nəfər saxlanılıb.

 

Şəmkir rayon Polis Şöbəsinin müstəntiqi Nemət Cəfərovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, oğurluq hadisəsi bu il yanvarın 26-da baş verib. Naməlin şəxs və ya şəxslər poçt binasından 3218 manat pul aparıblar.

 

Aparılan əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qaracəmirli kənd sakinləri 1984-cü il təvəllüdlü Elvin Babayev və 1985-ci il təvəllüdlü Elçin İsmayılov saxlanılıb.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692
avatar

Oxşar yazılar