Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Şəmkir rayon Polis Şöbəsinin müstəntiqi Pakizə Quliyevanın APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə dünən axşam saat 19 radələrində Şəmkir-Kür qəsəbə yolunda, Mahmudlu kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Məstan Akif oğlu Hüseynov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə hərəkətdə olarkən avtomobili aşırıb. Ağır vəziyyətdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən sürücü 19 yaşlı M. Hüseynov bu gün səhər dünyasını dəyişib. Müstəntiqin bildirdiyinə görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.