Şəmkir rayonunda çayda batan iki nəfərin meyiti tapılıb.
Aran Dalğıc-Axtarış Qrupunun rəisi Kamil Allahverdiyev APA-nın qərb bürosuna bildirib ki, Həsənov Azər Malik oğlu (1998-ci ildə andan olan) və İsayev Arif Cavan oğlunun (2000) cəsədləri sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
***
17.04
Şəmkir rayonunda iki nəfər çayda batıb.
Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində baş verib.
Gədəbəy rayon Günəşli kənd sakinləri Azər Həsənov və Arif İsayev Kür çayının Şəmkir rayonundan keçən hissəsində çayda çimərkən boğulublar.
Fövqəladə Hallar Nazirliyinin Aran dalğıc axtarış qrupu həmin şəxslərin meyitlərinin tapılması istiqamətində iş aparır.