Şəmkirdə qatarla “VAZ 2106” markalı avtomobil toqquşub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə mayın 8-də axşam saatlarında rayonun Sabirkənd kəndində qorunmayan keçiddə baş verib.
Sabirkənd kənd sakini, 1986-cı il təvəllüdlü Namiq Cəfər oğlu Tağıyev idarə etdiyi avtomobillə keçiddən keçərkən qatarla toqquşub. Qəza nəticəsində avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Sabirkənd kənd sakini Natiq Mahir oğlu Sadıqov hadisə yerində ölüb.
Sürücü və digər sərnişin, kənd sakini 1996-cı il təvəllüdlü Elşad Elmar oğlu Heydərov yaralanaraq Şəmkir rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
***
21:55
Bu gün saat 20:00 radələrində Bakı-Böyük Kəsik dəmiryolu xəttinin Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qorunmayan keçiddə qatarla minik maşını toqquşub.
Lent.az-ın “trend”ə istinadən məlumatına görə, hadisə avtomobilin yük qatarını gözləmədən keçidi keçməsi nəticəsində baş verib. Minik maşınında olan bir nəfər ölüb, iki nəfər yaralanıb.
Minik maşınında olan bir nəfər ölüb, 19 yaşlı Elşad Heydərli və 29 yaşlı Namiq Tağıyev isə yaralanıb.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Qəza ilə əlaqədar yolda qatarların hərəkətinə məhdudiyyət qoyulub, hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.