Şəmkirdə 30 yaşlı qadını bıçaqladılar
05 iyun 2014 12:21 (UTC +04:00)

Şəmkirdə 30 yaşlı qadını bıçaqladılar

Şəmkirdə 30 yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb. Lent.az-ın “Kəpəz TV”-yə istinadən bildirir ki, ötən gün axşam saatlarında Şəmkir rayonu Kür qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Yeni həyət kənd sakini 30 yaşlı Mələk Mustafayeva tanışı 39 yaşlı Azadil Abbasovla birlikdə Kür qırağında yeyib-içərkən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Azadil Abbasov üzərində gəzdirdiyi bıçaqla qadına xəsarət yetirib. Qadın Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, Azadil Abbasov şübhəli şəxs kimi saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 836

Oxşar yazılar