Şəmkir sakini arvadını bıçaqladı
28 yanvar 2016 23:09 (UTC +04:00)

Şəmkir sakini arvadını bıçaqladı

0

Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Tosanlı kənd sakini, 1986-cı il təvəllüdlü Elşanə İbrahimova qarnın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyəti orta ağır qiymətləndirilir.

 

Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı 1977-ci il təvəllüdlü Ramin Əkbərov tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar