Şəkidə qəbrstanlıqdan oğurluq edən şəxslər tutulub.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də qəbrstanlıqdakı məzarlardan birinin dəmirdən olan çəpərinin 10 metrlik hissəsini oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Qasımov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Davud Quliyevlə birgə avqustun 6-da daha 10 məzarın dəmirdən olan çəpərlərini sökərək oğurlamaları da müəyyən edilib.
D.Quliyev tutulub.