Şəkidə maşın yanıb
21 iyun 2014 10:12 (UTC +04:00)

Şəkidə maşın yanıb

 Şəkidə minik avtomobili yanıb.

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Baş Zəyzid kəndində 1976-cı il təvəllüdlü Xəlil Müslüm oğlu Vahabovun yaşadığı evə bitişik tikilmiş yardımçı tikilinin altında dayanan “Nissan” markalı, 90 SD 766 dövlət nömrə nişanlı avtomobildə yanğın baş verib.

 

Hadisə yerinə Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

 

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanaraq yararsız hala düşüb.

 

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaşayış evinə və digər avtomobilə keçməsinin qarşısı alınıb.

 

Məlumatda bildirilir ki, avtomobilin sahibi Xəlil Vahabov Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcilli Yardım şöbəsində həkim işləyir.

 

Faktla bağlı araşdırma aparılır. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608
avatar

Oxşar yazılar