Şəkidə maşın dərəyə düşdü, 4 yaralı - YENİLƏNİB
26 oktyabr 2013 17:33 (UTC +04:00)

Şəkidə maşın dərəyə düşdü, 4 yaralı - YENİLƏNİB

Şəkidə baş verən yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb.

 

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə oktyabrın 25-i axşam saatlarında Şəki-Qax yolunda, Şin körpüsü yaxınlığında baş verib.

 

Şəki şəhər sakini, 1939-cu il təvəllüdlü Allahverdiyev Abuzər Yaqub oğlunun idarə etdiyi “VAZ 2105” markalı, 10 FP 307 nişan dövlət nömrəli avtomobil Şəki şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

 

Qəza nəticəsində A. Allahverdiyev, sürücünün avtomobildə olan həyat yoldaşı, 1944-cü il təvəllüdlü Məmmədova Zürqələm Pirəli qızı, onların qızı, 1969-cu il təvəllüdlü Məmmədova Əminə Abuzər qızı və sürücünün nəvəsi, 1999-cu il təvəllüdlü Məmmədova Mirvari Namiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Onlar Şəki Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər. Ə. Məmmədovanın vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Digərlərin vəziyyəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

 

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.  

# 1661
avatar

Oxşar yazılar