Şəki sakini özünü güllələdi
31 mart 2015 04:13 (UTC +04:00)

Şəki sakini özünü güllələdi

Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yeni Çələbixan kəndində qeydə alınıb. 1968-ci ildə anadan olmuş  İlqar Tofiq oğlu Əliyev kustar üsulla hazırlanmış tapança ilə sinə nahiyəsinə atəş açaraq intihar edib. İ. Əliyev aldığı güllə yarasından hadisə yerində keçinib.

 

Məlumata görə, İlqar Əliyev ailəlidir,  iki övlad atasıdır.

 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147

Oxşar yazılar