Müdafiə nazirinin şəhid kiçik çavuş Abbaszadə Elşad Raquf oğluna ölümündən sonra xidmətdə fərqlənməyə görə layiq gördüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal bu gün ailəsinə təqdim olunub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasim şəhidin böyüdüyü Tərtər rayonunun Kəngərli kəndində təşkil olunub. Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Rayon İcra hakimiyyətinin əməkdaşları, kənd sakinləri və şəhid E. Abbaszadənin hərbçi dostları iştirak edib. MN-in tərbiyə işləri idarəsinin rəisi, polkovnik Abdulla Qurbani “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin qardaşı Rəşad Abbaszadəyə təqdim edib.
Qeyd edək ki, Elşad Abbaszadə martın 25-də qoşunların təmas xəttinin Tərtər rayonu istiqamətində cəbhə xəttini yarmağa cəhd edən erməni diversiya-təxribat qrupunun qarşısını alarkən şəhid olub.