Evin tək oğlu olan şəhidimiz doğulduğu kənddə dəfn edildi
01 avqust 2014 17:03 (UTC +04:00)

Evin tək oğlu olan şəhidimiz doğulduğu kənddə dəfn edildi

Ötən gecə Tərtər rayonunda düşmənin hücumunu dəf edərkən şəhid olan Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Hidayət oğlu Poladov torpağa tapşırılıb.

 

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, V. Poladov doğulduğu Yuxarı Öysüzlü kəndində dəfn olunub.

 

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin komandir və zabit heyəti, Tovuz rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin nümayəndələri, habelə kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb. Onun cəsur, vətənini sevən bir əsgər olduğu qeyd edilib.

 

Qeyd edək ki, V. Poladov ötən ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. O, ailənin tək oğlan övladı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5289
avatar

Oxşar yazılar