Səfər Əbiyevdən AÇIQLAMA: Heç bir problem yoxdur
23 oktyabr 2013 11:29 (UTC +04:00)

Səfər Əbiyevdən AÇIQLAMA: Heç bir problem yoxdur

On səkkiz ildən çox müdafiə naziri olmuş general polkovnik Səfər Əbiyev vəzifədən azad edildikdən sonra ilk dəfə açıqlama verib. Lent.az-ın mediaforum.az-a istinadən verdiyi məlumata görə, “Yenidən müdafiə naziri təyin olunmadınız. Bunu gözləyirdinizmi və necə qiymətləndirirsiniz” sualına Səfər Əbiyev belə cavab verib: 

 

“Çox normal qiymətləndirirəm. Heç bir problem yoxdur”.

 

Qeyd edək ki, Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.

1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziri idi. O, bu postu general-polkovnik rütbəsində tərk edib.

Səfər Əbiyevin yerinə Zakir Həsənov müdafiə naziri təyin olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9235
avatar

Oxşar yazılar