Sağalmaq üçün dərman içdi, betər oldu
02 fevral 2016 23:37 (UTC +04:00)

Sağalmaq üçün dərman içdi, betər oldu

0

Zaqatalada bir uşaq anası dərmandan zəhərlənib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 2-i axşam saat 21 radələrində rayonun Kəpənəkçi kənd sakini,  1983-cü il təvəllüdlü Aysel Taleh qızı Mehdiyeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, bir uşaq anası olan 33 yaşlı Aysel Mehdiyeva yaşadığı ünvanda bədənində baş verən ağrıları kəsmək üçün müxtəlif adda bir neçə dərman qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Aysel Mehdiyevaya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-stabil qiymətləndirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 683

Oxşar yazılar