Sədərək Ticarət Mərkəzini su basıb. Lent.az-ın məlumatına görə, bu barədə salamnews-a Ticarət Mərkəzində işləyən satıcılar məlumat verib.
Məlumata görə, bu gün səhər saatlarında yağan yağış nəticəsində bir sıra satış obyektlərini su basıb. Kanalizasiya sistemi yaxşı işləmədiyindən su Ticarət Mərkəzinində yığılıb qalıb. Satıcılar narazılıqlarını bildirərək deyib ki, hadisə ilə bağlı Ticarət Mərkəzinin rəhbərliyi əvvəlcədən qabaqlayıcı tədbirlər görməli idi. Çünki qarşıdan hələ qış ayı gəlir. Möhkəm qar yağarsa, Ticarət Mərkəzinin işi iflic vəziyyətə düşəcək.