Səbaildə yanğın olub
07 iyun 2014 05:13 (UTC +04:00)

Səbaildə yanğın olub

Səbail rayonunda yanğın olub.

 

APA-nın məlumatına görə, hadisə “Şıx” çimərliyi yağınlığında yerləşən istifadəyə yararsız daş karxanaları ərazisində baş verib.

 

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail və Qaradağ rayon hissələrinin 3 yanğınsöndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb.

 

Məlum olub ki, umumi ərazisi 150 kvadrat metr olan daş karxanasında zibil tullantıları və məişət əşyaları yanıb. Hadisə yerinin yaxınlığında fərdi yaşayış evləri olmadığından, yanğından zərər çəkən yoxdur.

 

Daş karxanasının ərazisinə tullantıların haradan və kimlər tərəfindən gətirildiyi məlum deyil

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733

Oxşar yazılar