APA TV -nin məlumatına görə, hadisə Hökumət Evinin qarşısında qeydə alınıb. Azadlıq prospekti ilə Neftçilər prospektinin kəsişməsində “Toyota” və “Hyundai” toqquşub.
Nəticədə “Hyundai”nin sürücüsü yaralanıb. Hadisə yerinə təcili yarıdm çağırılıb. İlkin yardım göstərildikdən sonra yaralı Bəxtiyar Feyzullayev 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb.
Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsindən APA TV-yə verilən məlumata görə, qəzaya “Toyota”nın sürücüsü səbəb olub. O, sərt manevr edərək “Hyundai”ın yoluna çıxıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.