Saxta əskinas satışı ilə məşğul olan Biləcəri qəsəbə sakini polislər tərəfindən ələ keçirilib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23000 rubl saxta əskinas satmasını bildirib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılıb, ondan 5000 rubl saxta əskinas götürülüb.