Azərbaycanın Samux rayonunda intihar hadisəsi baş verib.
Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. Kəlbəcər rayon sakini, Kolayır kənd orta məktəbində müəllim işləyən 1975-ci il təvəllüdlü Novruz Cabbarov yaşadığı evdə özünü asaraq öldürüb.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.