Şamaxıda piyada vuruldu
28 aprel 2015 22:44 (UTC +04:00)

Şamaxıda piyada vuruldu

0

Şamaxı rayonunda minik maşını piyadanı vurub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərində qeydə alınıb. “Toyota Prado” markalı minik maşını yolu keçən piyadanı, Mingəçevir sakini 1991-ci il təvəllüdlü Hacıyev Əfqan Namiq oğlunu vurub. Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti sonradan ağırlaşdığı üçün o müalicə məqsədilə Bakıya aparılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.

 

Hadisəni törədən sürücü saxlanılıb.

 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar