Şamaxıda “KAMAZ”la “VAZ” toqquşdu, ölən var
09 may 2015 07:28 (UTC +04:00)

Şamaxıda “KAMAZ”la “VAZ” toqquşdu, ölən var

0

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şamaxı rayonu, Sabir qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

 

Nəticədə “VAZ” markalı minik avtomobilinin sürücüsü Həsənov Nizami Müseyib oğlu xəsarət alaraq nəqliyyat vasitəsində vəfat etmişdir. Yanğınsöndürən-xilasedicilər N.Həsənovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:49-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 241

Oxşar yazılar