Salyanda qəza, yaralanan var
04 iyul 2018 20:20 (UTC +04:00)

Salyanda qəza, yaralanan var

Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, “Mercedes” markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, rayonun Yenikənd kənd sakini, 1994-cü il təvəllüdlü Mahir Adil oğlu Süleymanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313
avatar

Oxşar yazılar