Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 27-də Salyan şəhəri ərazisindən şəhər sakini Rəşad Məcidov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Bəhruz Məmmədov tutulub.