Salamzadə küçəsi bağlanır
20 may 2015 11:07 (UTC +04:00)

Salamzadə küçəsi bağlanır

Bu gün Abdulvahab Salamzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti bir neçə saatlıq məhdudlaşdırılacaq. Lent.az “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən günorta saat 12:00-dan axşam saat 17:00-dək tətbiq ediləcək.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir. Göstərilən müddət ərzində alternativ yollardan istifadə etmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211

Oxşar yazılar